Vaxtaşırı qiymətləndirilməsi tələb olunan daşınmaz əmlak növlərindən biri də torpaq sahələridir. Tikililərdən fərqli olaraq ilk baxışda yalnız böş sahə kimi daha konkret olan əmlak kimi görünsə də, əslində torpaq sahələri də müxtəlif təyinatlı olduğundan çox fərqli dəyərlərdə ola bilir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə sahibkarlıq təyinatlı torpaq sahələri arasında kifayət qədər dəyər fərqi olur. Ümumiyyətlə isə torpaq sahələri aşağıdakı təyinatlı növlərə bölünür:
- Mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi
- İri tikintilər üçün sahibkarlıq təyinatlı torpaq sahəsi
- İcarə müqaviləsi üzrə istifadə edilən torpaq sahəsi
- Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
- Dövlət istifadəsində olan torpaq sahələri
Torpaq sahələri qiymətləndirilərkən ilkin olaraq onun təyinatı nəzərə alınmaqla bir sıra digər xüsusiyyətlər də əsas götürülür. Digər əmlak növlərindəki kimi ilk növbədə yerləşdiyi yer nəzərə alınmaqla, torpaq sahəsinin quruluşu, infrastruktur təminat, təklifin məhdudluğu, relyefi və digər mühüm elementlər əmlakın dəyərinə təsir edə bilər.
Torpaq sahəsinin qiymətləndirilməsi zamanı digər xüsusi bir məqam üzərində tikinti sahəsinin olması ilə bağlıdır. Yəni qeyri-məşğul (boş) torpaq sahəsi ilə üzərində yaxşılaşdırma işlər (relyefinin hamarlanması və tikinti işləri) aparılmış torpaq sahələrinin qiymətləndirilməsi fərqli yanaşmalar tələb edir.